Yuxarı
    Bağlamaq

    Səfir: "Moldova Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıdır"

    Moldova və Azərbaycan regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyirlər

    Bakı. 19 sentyabr. REPORT.AZ/ "Moldova Dağlıq Qarabağ münaqişəsinin qəbul olunmuş beynəlxalq hüquq prinsipləri və normaları, o cümlədən ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə erkən həllinin tərəfdarıdır". "Report" xəbər verir ki, bu barədə Moldovanın Azərbaycandakı səfiri İqor Bodyu bu ölkənin Müstəqillik Gününə həsr olunmuş tədbirdə deyib. 

    Səfir xatırladıb ki, Moldova da 1992-ci ildə separatizm problemi ilə üzləşib. Dnestryanı münaqişə nəticəsində ölkənin ərazi bütövlüyü pozulub. 

    İ.Bodyu bildirib ki, Moldova və Azərbaycan, BMT, ATƏT, GUAM, QDİƏT kimi müxtəlif beynəlxalq və  regional təşkilatlar çərçivəsində bir-birini dəstəkləyirlər. İki ölkə arasında 53 sənəddən ibarət möhkəm normativ hüquqi baza yaradılıb. 

    "Moldova və Azərbaycan qarşılıqlı əməkdaşlığı və iki xalq arasında dostluq münasibətləri inkişaf etməyə davam edəcək" - deyə, səfir İ.Bodyu qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi