Yuxarı

​Rusiyanın XİN başçısı Azərbaycan və Ermənistandan olan həmkarları ilə vəziyyəti müzakirə edib

Sergey Lavrov həmkarlarını Dağlıq Qarabağda yaranan gərginliyin azalmasına təsir etməyə çağırıb

Bakı. 2 aprel. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Dağlıq Qarabağda təmas xəttində yaranan gərginliyi telefonla müzakirə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin məbuat xidməti məlumat yayıb.

Məlumata görə, o, azərbaycanlı və erməni həmkarlarını yaranan gərginliyin azalmasına təsir etməyə çağırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi