Yuxarı
    Bağlamaq

    Rusiyanın Ombudsmanı: "Ermənistan və Azərbaycan arasındakı münaqişədə hamı zərər çəkib"

    Gənc nəslin nümayəndələrinin qəlblərinin amansızlaşmaması lazımdır

    Bakı. 29 dekabr. REPORT.AZ/ "Ermənistan və Azərbaycan arasındakı münaqişədə yalnız azərbaycanlılar və ermənilər yox, hamı zərər çəkib".

    Bunu Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili (Ombudman) Tatyana Moskalkova Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdikdən sonra "Report"un sualını cavablandırarkən deyib.

    T.Moskalkova Azərbaycan və Rusiyanın Ombudsman aparatlarının dünən çətin şəraitə düşən insanlara yardım göstərilməsinə dair saziş imzaladıqlarını xatırladıb: "Həmçinin, Elmira Süleymanova hüquq müdafiəçilərinin müraciətini mənə verib. Onu diqqətlə öyrənəcəm. Bu məsələdə yeni forma və yollar axtaracağıq. Gənc nəslin nümayəndələrinin qəlblərinin amansızlaşmaması lazımdır. Kompromis əldə etmək, hamının sülh və əmin-amanlıq şəraitində yaşamasını təmin etmək üçün ağılla davranmaq lazımdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi