Yuxarı

​Rusiyanın baş naziri: "Biz münaqişənin həllinə yardım etmişik və edəcəyik"

Dmitri Medvedev Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü alqışladıqlarını da söyləyib

Bakı. 20 may. REPORT.AZ/ "Münaqişənin həllinə Rusiyanın həmişə yardım etdiyinə və edəcəyinə şübhə etməyə bilərsiz".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev Yerevanda Ermənistan prezidenti Serj Sarqsyanla görüşündə bildirib.

O, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 1994-1995-ci illərdə əldə edilmiş razılaşmaya işarə edərək, deyib: "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə nail olmaq və bölgədə daha dayanıqlı sülhün yaranması üçün danışıqlar davam etdirilməlidir. Rusiya bu mürəkkəb münaqişənin həllinə həmişə yardım edib və bundan sonra da edəcək. Buna heç bir şübhəniz olmasın. Biz sizinlə (Ermənistan prezidenti Serj Sarqsyanı nəzərdə tutur - "Report") buna aid bütün məsələləri müzakirə edəcəyik".

D.Medvedev Vyanda Azərbaycan və Ermənistan prezidentilərinin görüşünü alqışladıqlarını da söyləyib.

Qeyd edək ki, mayın 20-də Yerevanda Avrasiya İttifaqı ölkələri hökumətlərarası şurasının toplantısı keçirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi