Rusiyanın ATƏT-dəki nümayəndəsi: "Türkiyənin Dağlıq Qarabağla bağlı mövqeyi destruktivdir"

Rusiyanın ATƏT-dəki nümayəndəsi: "Türkiyənin Dağlıq Qarabağla bağlı mövqeyi destruktivdir" Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç rəsmi Bakını dəstəkləyən Ankaranı tənqid edib
Qarabağ
14 Dekabr , 2015 22:12
Rusiyanın ATƏT-dəki nümayəndəsi: Türkiyənin Dağlıq Qarabağla bağlı mövqeyi destruktivdir

Bakı. 14 dekabr. REPORT.AZ/ Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç hesab edir ki, Türkiyənin Dağlıq Qarabağla bağlı mövqeyi destruktivdir. 

"Report"-un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, "Rossiya 24" kanalının efirində çıxış edən Lukaşeviç bildirib ki, "Dağlıq Qarabağ münaqişəsində tərəflərdən birinin müdafiə edilməsi cəhdlərinin heç bir davamı ola bilməz".

Onun fikrincə, Türkiyə rəsmilərinin bu kimi cəhdləri "destruktivdir".

Xatırladaq ki, Türkiyənin hökümət başçısı Əhməd Davudoğlu işğal altındaki ərazilərin Azərbaycana qaytarılması prosesinə dəstək verəcəklərini bəyan etmişti.

Son xəbərlər

Orphus sistemi