Bakı. 22 aprel. REPORT.AZ/ “Keçmiş SSRİ məkanında azərbaycanlılara qarşı müharibəyə Yaxın Şərq ölkələrindən, eləcə də Cənub-Şərqi Avropadan, Qərbi Avropadan və ABŞ-dan erməni millətindən olan 6 minə yaxın xarici muzdlu hərbçi cəlb olunub”. “Report” xəbər verir ki, bunu Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi: Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimat mərasimində müəllif deyib.
O.Kuznetsovun sözlərinə görə,
O qeyd edib ki, ermənilərin Azərbaycana qarşı törətdikləri cinayətlər kommersiya məqsədi daşıyır: “Erməni terrorizminin kommersiya maraqları özünü ilk dəfə XX əsrin əvvəllərində - katolikos I Mkrtıçın və erməni həvari kilsəsinin din xadimlərinin ekstremist və radikal erməni siyasi qruplaşmalarını Rusiya hakimiyyətinə qarşı açıq mübarizəyə qalxmaq çağırışlarında qabarıq şəkildə özünü büruzə verib”.