Rusiyalı politoloq: "Ermənistan uzun müddət illüziyalarla yaşayıb"

Rusiyalı politoloq: "Ermənistan uzun müddət illüziyalarla yaşayıb" Oleq Kuznetsov: "Ermənistandakı mövcud vəziyyət Rusiyanın məğlubiyyətidir"
Qarabağ
2 Aprel , 2018 17:46
Rusiyalı politoloq: Ermənistan uzun müddət illüziyalarla yaşayıb

Bakı. 2 aprel. REPORT.AZ/ "Ermənistan çox uzun müddət illüziyalarla yaşayıb. Güc və sabitlik ehtiyatı çoxdan tükənib".

"Report" xəbər verir ki, bunu rusiyalı politoloq Oleq Kuznetsov Rusiyada keçirilmiş seçkilərin nəticələri və onların Cənubi Qafqaz regionundakı vəziyyətə təsiri məsələsini şərh edərkən deyib.

Ekspert qeyd edib ki, bu gün Ermənistan onun üzərində nəzarəti artırmaq məqsədilə siyasi investisiyalar yatırıldığı obyekt halına gəlib.

O.Kuznetsovun fikrincə, Rusiya Ermənistandakı vaxtilə olan nüfuzunu itirməyə başlayıb: "Ermənistandakı mövcud vəziyyət Rusiyanın məğlubiyyətidir".

Regiondakı vəziyyət, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə gəlincə, politoloq Rusiyanın bölgədə qüvvələr balansını saxlamaq tərəfdarı olduğunu bildirib: "Amma Ermənistanın Rusiyadan daha da uzaqlaşacağı təqdirdə, Moskva hətta Yerevanın silahlanması üçün kredit ayrılması məsələsinə baxmayacaq".

Son xəbərlər

Orphus sistemi