Bakı. 7 may. REPORT.AZ/ Dağlıq Qarabağın "müstəqilliyi"nin Ermənistan tərəfindən tanınması ehtimalını Rusiyaya qarşı ədəbsizlik kimi qiymətləndirmək olar.
"Report" xəbər verir ki, bunu "Qordon" nəşrinə açıqlamasında rusiyalı politoloq və publisist Andrey Piontkovski bildirib.
"Əgər söhbət [Dağlıq Qarabağın "müstəqilliyi"nin] Ermənistan tərəfindən birtərəfli tanınmasından gedirsə – axı başqa heç kim onu tanımağa hazırlaşmır – bu, Ermənistan tərəfindən Moskvaya qarşı ədəbsizlik olacaq", – deyə o qeyd edib.
Piontkovski bildirib ki, "ermənilər Moskvanın bir çox hərəkətlərindən narazıdırlar, misal üçün, Rusiyanın Azərbaycanı silahla təchiz etməsindən".
"Və budur, onlar bir az oynadılar, barmaqla hədələdilər. Onlara bunun cavabında acıqlanıldı … Moskva vəziyyəti möhkəm nəzarətdə saxlayır və o, bu münaqişənin mümkün qədər daha çox dəstəklənməsində maraqlıdır", – deyə politoloq diqqətə çatdırıb.