Yuxarı

​Rusiyalı həmsədr: "Təmas xəttində ağır texnikadan istifadə qəbuledilməzdir"

İqor Popov: Biz bu məsələni ordu təmsilçiləri ilə də müzakirə edəcəyik

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Azərbaycan və Ermənistan icmalarının görüşünün təşkili baxımından humanitar məsələlərdən danışdıq".

"Report" erməni KİV-inə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni icmasının başçısı Boko Saakyanla görüşdən sonra bildirib.

Onun sözlərinə görə, B.Saakyanla əsasən təmas xəttindəki vəziyyəti müzakirə ediblər. Rusiyalı həmsədr deyib ki, Azərbaycan-Ermənistan ordusunun təmas xəttindəki gərginliyin davam etməsi və ağır texnikada istifadə olunması qəbuledilməzdir: "Biz bu məsələni ordu təmsilçiləri ilə də müzakirə edəcəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi