Yuxarı

Rusiyalı həmsədr: "Qarabağ məsələsində Minsk qrupunun həmsədri olan ölkələr arasında fikir ayrılığı yoxdur"

İqor Popov: Minsk qrupunun bütün ölkələri qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması məsələsində həmfikirdilər

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Bizim Fransa və ABŞ ilə beynəlxalq gündəlik məsələlərində fikir ayrılığımız mövcuddur, lakin Qarabağ məsələsində bizim mövqeyimiz eynidir".

"Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbərliyi ilə keçirilən görüşdə bildirib. 

Diplomat qeyd edib ki, Minsk qrupunun bütün ölkələri qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması məsələsində həmfikirdilər.

O vurğulayıb ki, Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin olunması məsələsi danışıqların gündəliyindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi