Yuxarı
    Bağlamaq

    İqor Popov: “Həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyirlər”

    “Həmsədr ölkələrin Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeləri dəyişməz qalır”

    Bakı. 11 mart. REPORT.AZ/ "Minsk qrupunun tərkibində ABŞ və Fransadan yeni həmsədrlərin olmasına baxmayaraq, təmsil etdikləri ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeləri dəyişməz qalır və həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyirlər".

    "Report"un məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.

    Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqlandı, İqor Popovu, Stefan Viskontini və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi