​Rusiyalı ekspert: "Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalı yüksəkdir"

​Rusiyalı ekspert: "Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalı yüksəkdir" "Azərbaycan torpaqlarının 20 faizinin itirilməsi ilə barışmayacaq"
Qarabağ
3 Sentyabr , 2015 08:08
​Rusiyalı ekspert: Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalı yüksəkdir

Bakı. 3 sentyabr. REPORT.AZ/ Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana planlaşdırılmamış səfəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ATƏT-in Minsk qrupunun həmsədri kimi onun nizamlanmasında Rusiyanın rolunu müzakirə etmək zərurətindən irəli gəlib.

"Report" xəbər verir ki, bunu "Svobodnaya pressa"ya müsahibəsində Rusiyanın Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin bildirib.

Onun fikrincə, Ermənistan və Azərbaycan arasında yeni müharibənin baş vermə ehtimalı yüksəkdir.

"Münaqişə dondurulmuş şəkildə, əlbəttə ki, mövcud ola bilər, lakin unutmayın ki, Azərbaycan torpaqlarının 20%-ni itirib. Və mən Azərbaycan rəhbərliyinin bundan sonra da vəziyyətlə barışacağına səbəb görmürəm. Niyə o zaman öz silahlı qüvvələrinə böyük pullar yatırır?", — deyə ekspert qeyd edib.

O xatırladıb ki, Azərbaycan Rusiyadan xeyli sayda hücum silahları alıb: təqribən 200 ədəd T-90 tankı, ağır odsaçan sistemlər, "Smerç" reaktiv yaylım atəşi sistemi və başqa silahlar.

Qüvvələr nisbətinə gəldikdə isə, ekspertin sözlərinə görə, hazırda Azərbaycan texnikanın sayına əsasən postsovet məkanında Rusiyadan sonra ikinci yeri tutur, lakin şəxsi heyətin hazırlıq səviyyəsinin hansı yerdə olduğunu demək çətindir.

Son xəbərlər

Orphus sistemi