Rusiyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bütün şanslardan istifadə olunmayıb"

Rusiyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bütün şanslardan istifadə olunmayıb" Qriqori Trofimçuk: "Fevral hadisələrindən sonra elə təəssürat yaranır ki, Qarabağdakı hadisələr heç kimi maraqlandırmır"
Qarabağ
7 Mart , 2017 17:47
Rusiyalı ekspert: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bütün şanslardan istifadə olunmayıb

Moskva. 7 mart. REPORT.AZ/ "Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi keçən ilin aprel müharibəsindən sonra Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının birbaşa nəticəsidir."

Bu barədə "Report"un Rusiya bürosuna politoloq, "Avrasiya İdeyaları Emalatxanası" Fondunun ekspert şurasının sədri Qriqori Trofimçuk bildirib.

"Bu gün Dağlıq Qarabağda münaqişənin gərginləşməsi birbaşa 2016-cı ilin aprel müharibəsindən sonra problemin həlli istiqamətində heç bir addımın atılmamasının nəticəsidir. Rəsmi Bakı danışıqların, eləcə də Vyana və Sankt-Peterburq sammitlərinin hansısa nəticə verəcəyinə çox ümid edirdi. İndi, fevral hadisələrindən sonra elə təəssürat yaranır ki, Qarabağdakı hadisələr heç kimi maraqlandırmır" - Q.Trofimçuk vurğulayıb.

Politoloqun fikrincə, başverənlərin səbəbi Rusiyada məsələnin həllinin hərbi variantını istisna edə biləcək heç bir yeni ideyanın olmaması ilə bağlıdır.

O, Dağlıq Qarabağ ətrafında vəziyyətin ağır olduğunu bildirib və bunu münaqişənin həlli üçün yaranmış bütün şanslardan istifadə olunmaması ilə izah edib: "Bu şansların nə vaxt yarandığını xatırladım. Birincisi, 1994-cü ildə atəşkəsin elan olunmasından dərhal sonra. Atəşkəs rejimi 23 ildir qüvvədədir, amma heç bir nəticə verməyib. İkincisi, keçənilki aprel müharibəsindən dərhal sonra. Üçüncüsü isə Ağ Evdə prezident dəyişikliyi zamanı. Həmin vaxt 3 ölkə - Azərbaycan, Ermənistan və Rusiya münaqişəni aralarında həll edə bilərdi".

Politoloqun fikrincə, indi Qərb, xüsusən də ABŞ və İran arasındakı qarşıdurma kontekstində, öz baxış bucağı üzrə fikirlərini diqtə etməyə çalışacaq.

Ekspert Şurasının sədri Azərbaycanın XİN başçısının əvvəllər də danışıqlar prosesinin gedişi ilə bağlı narazılığını bildirdiyini xatırladıb.

"Rəsmi Bakının mövqeyi heç vaxt olmadığı qədər aydındır. Ona dörə də tərəfləri heç olmasa formal olaraq danışıqlar masasına əyləşdirmək üçün konkret həllər axtarmaq lazımdır" - Q.Trofimçuk vurğulayıb.

Son xəbərlər

Orphus sistemi