Yuxarı
    Bağlamaq

    Rusiyalı deputat: "Aprel müharibəsi Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməli olduğunu göstərdi"

    Aleksandr Yuşenko: Münaqişənin dinc yolla nizamlanmasının alternativi yoxdur

    Moskva. 5 aprel. REPORT.AZ/ "Aprel müharibəsi Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməli olduğunu göstərdi".

    Bunu "Report"un Moskva bürosuna Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin sədr müavini Aleksandr Yuşenko deyib.

    "Güclü informasiya resurslarının olduğu qlobal dünya fəal informasiya müharibəsini başladıb. Bu, Rusiyaya, bizimlə müttəfiqlərə, gələcəyini Rusiya ilə əməkdaşlıqda görənlərin hər birinə qarşı yönəlmiş müharibədir.

    İnformasiya müharibəsi, təəssüf ki, qızmış başları sülhə yox, aqressiyaya sövq edir. Dağlıq Qarabağ münaqişəsinin bu illər ərzində iri miqyaslı müharibəyə çevrilməməsi Rusiya, Azərbaycan və Ermənistan rəhbərliyinin işinin bəhrəsidir. Ötən ilki aprel döyüşləri bir daha bu məsələnin müzakirələr masasında həll edilməli olduğunu göstərdi. Münaqişənin dinc yolla nizamlanmasının alternativi yoxdur", - deyə rusiyalı deputat bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi