​Rusiyadakı erməni icmaları Qarabağdakı separatçılara 16 avtomobil yardım edib

​Rusiyadakı erməni icmaları Qarabağdakı separatçılara 16 avtomobil yardım edib İcma təmsilçisi ardıcıl olaraq, bu istiqamətdə yardım edəcəklərini bildirib
Qarabağ
27 Aprel , 2016 10:40
​Rusiyadakı erməni icmaları Qarabağdakı separatçılara 16 avtomobil yardım edib

Bakı. 27 aprel. REPORT.AZ/ Rusiyanın Krasnodar diyarının Soçi, Adler, Xostin və Lazarev rayonlarındakı erməni icması Azərbaycanın işğal altındakı torpaqlarında yerləşən ermənilərə 16 minik maşını və "UAZ" markalı avtomobillər veriblər.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Soçidəki erməni icmasının təmsilçisi Samvel Zakaryan bildirib.

Onun sözlərinə görə, "UAZ"lara təcili yardım avadanlığı quraşdırılıb. İcma təmsilçisi ardıcıl olaraq, bu istiqamətdə yardımı davam edəcəklərini bildirib. 

Son xəbərlər

Orphus sistemi