Yuxarı
    Bağlamaq

    Rusiyada “armenian-terrorism.com” adlı yeni sayt yaradılır

    Sayt bir neçə dildə erməni vəhşiliyini dünyaya çatdıracaq

    Bakı. 31 oktyabr. REPORT.AZ/ Rusiyada “armenian-terrorism.com” adlı yeni sayt yaradılır.

    Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, bunu Azərbaycanda səfərdə olan Rusiyanın tanınmış ziyalısı, tarixçi və siyasi - analitik Oleq Yuryeviç Kuznetsov deyib.

    O bildirib ki, sayt bir neçə dildə - rus, ingilis və türk dilində fəaliyyət göstərəcək. O.Kuznetsov azərbaycanlıların təklifini nəzərə alaraq, saytın paralel olaraq Azərbaycan dilində fəaliyyət göstərəcəyini də qeyd edib. Rusiyalı alim vurğulayıb ki, saytın köməyi ilə bütün dünya erməni vəhşiliyindən xəbər tutacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi