​Rusiya XİN təmsilçisi: "Sülhməranlıların yerləşdirliməsindən danışmağın vaxtı çatmayıb"

​Rusiya XİN təmsilçisi: "Sülhməranlıların yerləşdirliməsindən danışmağın vaxtı çatmayıb" Pavlovski: "Başlıcası Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin qeyri-mümkünlüyü ideyasını dəstəkləməkdir"
Qarabağ
20 May , 2016 12:45
​Rusiya XİN təmsilçisi: Sülhməranlıların yerləşdirliməsindən danışmağın vaxtı çatmayıb

Bakı. 20 may. REPORT.AZ/ "Razılıq əldə edildikdə sülhməramlılar da yerləşdiriləcək". "Report" Emənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB üzrə Dördüncü Departamentinin direktoru Aleksey Pavlovski Moskvada erməni jurnalistlərlə görüşündə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində sülhməramlıların yerləşdirilməsi məsələsindən danışarkən deyib.

Onun sözlərinə görə, başlıcası Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkün olmaması ilə bağlı fundamental ideyanı dəstəkləməkdir. A.Pavlovski bu məsələdən danışmağın vaxtının çatmadığını da qeyd edib.

Dağlıq Qarabağdakı separatçıların danışıqlar prosesinə "tərəf" kimi cəlb edilməməsinə toxunan rusiyalı diplomat bildirib ki, Ermənistan rəsmi olaraq, belə təklif irəli sürməyib. 

Son xəbərlər

Orphus sistemi