Yuxarı

Rusiya XİN Sankt-Peterburqda Dağlıq Qarabağla bağlı üçtərəfli sammitin keçirilmə ehtimalını şərh edib

Mariya Zaxarova: Əgər hər hansı bir praktik nəticələr olsa, o zaman hər kəsə əlavə məlumat veriləcək”

Bakı. 10 iyun. REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyi iyun ayında Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin iştirakı ilə üçtərəfli sammitin keçirilməsi ehtimalını şərh edib. 

“Report”un məlumatına görə, Rusiya XİN-in təmsilçisi Mariya Zaxarova bildirib ki, təmsil etdiyi qurumun iyunun 9-da bu görüş barədə yaydığı məlumat düzgün hazırlanmayıb: “Söhbət hipotetik ehtimalından, hansısa görüşün keçirilməsi ehtimalından gedir. Belə görüşün keçirilməsi ehtimalının olması barədə bütün tətərflər razılığını bildiriblər. Əgər hər hansı praktik nəticələr olsa, o zaman hər kəsə əlavə məlumat veriləcək.”

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində rolunu şərd edən XİN rəsmisi söyləyib ki, rəsmi Moskva heç kəsi münaqişənin həlli üzrə danışıqlar prosesindən kənarlaşdırmır: "Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin rolunu yüksək qiymətləndiririk və hazırda mövcud olan formatın çərçivəsində fəal iştirak edirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi