Yuxarı

Rusiya XİN rəsmisi: "ABŞ-ın Dağlıq Qarabağ məsələsində liderliyi Rusiyaya verəcəyinə inanmıram"

Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib

Bakı. 25 avqust. REPORT.AZ/ "İnanmıram ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda liderliyi Rusiyaya versin".

"Report"un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. 

ABŞ dövlət katibi Con Kerrinin Moskvaya sonuncu səfəri zamanı Dağlıq Qarabağ münaqişənin həlli üçün aparılan danışıqlarda liderliyin Rusiyaya verilməsi ilə bağlı təklif irəli sürməsi haqda sualı cavablandıran XİN rəsmisi deyib: "İnanmıram ki, ABŞ hər hansı bir məsələdə liderliyi Rusiyaya versin. Belə olsa, bu, əsl irəliləyiş olar".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi