Yuxarı

​Rusiya XİN başçısı: "Dağlıq Qarabağın statusu birtərəfli qaydada müəyyən edilməyəcək"

Sergey Lavrov erməni deputatların Dağlıq Qarabağın tanınmasına dair təşəbbüsüylə bağlı panikaya səbəb görmür

Bakı. 4 may. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni deputatların Dağlıq Qarabağın tanınmasına dair təşəbbüsüylə bağlı panikaya səbəb görmür. Çünki Yerevan əmin edir ki, regionun statusu birtərəfli qaydada müəyyən edilməyəcək.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

"O ki, qaldı Dağlıq Qarabağın tanınmasına dair mövzunun müzakirə edilməsi səbəbinə: axı Ermənistan bunu müzakirə etmir. Bu təklif parlamentin iki üzvü tərəfindən irəli sürülüb və Ermənistan hökuməti ölkə qanunlarına görə bu qanunvericiliyə dair rəy hazırlamalıdır. Mən indidən panikaya düşməzdim və həyəcan təbili çalmazdım", - deyə S.Lavrov "RİA Novosti"yə müsahibəsində deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi