Rusiya XİN rəhbəri: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin irəliləməsi üçün ümumi həll yollarını tapmaq imkanı var

Rusiya XİN rəhbəri: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin irəliləməsi üçün ümumi həll yollarını tapmaq imkanı var Azərbaycan XİN rəhbəri may ayında Rusiyaya səfər edəcək
Qarabağ
22 Aprel , 2015 16:14
Rusiya XİN rəhbəri: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin irəliləməsi üçün ümumi həll yollarını tapmaq imkanı var

Bakı. 22 aprel. REPORT. AZ/ Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əlindən gələni etməyə davam edir. "Report" xəbər verir ki, bu barədə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkənin bir sıra KİV-inə müsahibəsində bildirib.

"Biz bu böhrandan çıxmaq üçün fəaliyyətimizi davam etdirəcəyik. Münaqişənin nizamlanması prosesinin irəliləməsi üçün ümumi həll yollarını tapmaq imkanı var", - S.Lavrov qeyd edib. 

XİN rəhbəri buna həm Rusiya və Ermənistan rəsmi şəxslərinin bu yaxınlardakı görüşləri, həm də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun may ayında Rusiyaya səfəri zamanı keçirəcəyi görüşlərin nəticəsində imkan yaranacağına ümid etdiyini deyib.

"Mən hesab edirəm ki, bu məsələnin (Dağlıq Qarabağ münaqişəsi) həllinin vaxtı artıq çoxdan çatıb", - nazir vurğulayıb. 

O qeyd edib ki, Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin və beləliklə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır.

Son xəbərlər

Orphus sistemi