Rusiya XİN: Qarabağ münaqişəsinə dair mövqeyimiz dəyişməzdir

Rusiya XİN: Qarabağ münaqişəsinə dair mövqeyimiz dəyişməzdir Bakı. 13 sentyabr. REPORT.AZ/ Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyi dəyişməz olaraq qalır.
Qarabağ
13 Sentyabr , 2018 18:15
Rusiya XİN: Qarabağ münaqişəsinə dair mövqeyimiz dəyişməzdir

Bakı. 13 sentyabr. REPORT.AZ/ "Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyi dəyişməz olaraq qalır".

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Biz müxtəlif ölkələrdə Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı verilən bəyanat və açıqlamaları təhlil edirik. Rusiyanın mövqeyi dəyişməzdir. Bölgənin yekun statusu siyasi-diplomatik yollarla təyin olunmalıdır. ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya razılıq əldə etmələri üçün tərəflərə vasitəçilik dəstəyini göstərəcək", - o qeyd edib.

M.Zaxarova deyib ki, tərəflər də irəliləyişə nail olmaq üçün müvafiq ab-hava yaratmalıdırlar.

Son xəbərlər

Orphus sistemi