Yuxarı
    Bağlamaq

    Rusiya XİN: Münaqişə zonasında vəziyyət asan deyil

    Mariya Zaxarova: Biz Bakı və Yerevanı həll olunmamış bir məsələdə həllin axtarışı üçün konstruktiv yanaşma nümayiş etdirməyə çağırırıq© РИА Новости / Максим Блинов

    Bakı. 26 oktyabr. REPORT.AZ/ "Rəsmi Moskva Bakı və Yerevanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair danışıqlar prosesini sürətləndirməyə hazır olduqlarını dəstəkləyir."

    "Report"un verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda Cenevrədə keçirdikləri görüşün nəticələrini şərh edərkən deyib.

    "Biz tərəflərin danışıqlar prosesini gücləndirmək və qoşunların təmas xəttində gərginliyin azaldılması ilə bağlı əlavə addımların atılmasına hazır olduqlarına dair fikirlərini dəstəkləyirik", - M.Zaxarova bildirib.

    Onun sözlərinə görə, Moskva Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünü hazırlayan ATƏT-in Minsk qrupu həmsədrlərinin həll prosesinin əsas məsələlərini və vəziyyəti sabitləşdirmək üçün mümkün tədbirlərin müzakirəsi üçün göstərdiyi səylərini dəstəkləyir.

    O təəssüf hissi ilə qeyd edib ki, münaqişə zonasında vəziyyət asan deyil.

    "Biz Bakı və Yerevanı həll olunmamış bir məsələdə həllin axtarışı üçün konstruktiv yanaşma nümayiş etdirməyə çağırırıq", - M.Zaxarova əlavə edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi