Rusiya XİN: Moskvanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib

Rusiya XİN: Moskvanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib Moskva. 2 mart. REPORT.AZ/ Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi yaxşı məlumdur və heç bir dəyişiklik olmayıb.
Qarabağ
2 Mart , 2018 15:42
Rusiya XİN: Moskvanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib
Mariya Zaxarova

Moskva. 2 mart. REPORT.AZ/ "Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi yaxşı məlumdur və heç bir dəyişiklik olmayıb".

"Report"un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara separatçıların cəlb edilməsi ehtimalını şərh edərkən bildirib.

"Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi aydındır. Hansısa dəyişiklik olarsa, məlumat verəcəyik", - M.Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın mövqeyi rəsmi mənbələrdə, XİN-in saytında qeyd olunub.

Son xəbərlər

Orphus sistemi