Bakı. 2 aprel. REPORT.AZ/ "Moskva təmas xəttindəki vəziyyətlə bağlı Azərbaycan və Ermənistanın xarici siyasət idarələrinin rəhbərləri ilə daimi təmas halındadır". "Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, Moskvanın Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin ciddi pisləşməsi barədə məlumatlardan çox narahat olduğunu bildirib.
Rusiya XİN nümayəndəsi tərəfləri təmkinli olmağa və silahlı toqquşmalara dərhal son qoymağa çağırıb.