Yuxarı

Rusiya XİN: Lavrov bu gün Azərbaycana səfər edəcək

Rusiya rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin normallaşdırılması məqsədilə səylər göstərir

Bakı. 6 aprel. REPORT.AZ/ "Bu gün bir neçə saat sonra Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan, Rusiya və İran XİN başçılarının görüşündə iştirak etmək üçün Bakıya səfər edəcək".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

"Hadisələrin inkişafını nəzərə alsaq, çoxdan planlaşdırılmış bu səfər xüsusi aktuallıq qazanır", - deyə xanım Zaxarova bildirib.

O qeyd edib ki, Rusiya rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin normallaşdırılması məqsədilə səylər göstərir.

M.Zaxarova rusiyalı nazirin Bakıya səfəri zamanı Azərbaycanın xarici işlər naziri ilə ikitərəfli formatda görüşünün keçiriləcəyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi