Yuxarı

Rusiya XİN-in hesabatı: Dağlıq Qarabağ münaqişəsinin optimal həllinin tapılmasıyla bağlı səylər davam etdirilib

Rusiya Xarici İşlər Nazirliyi 2015-ci il üzrə xarici siyasət fəaliyyətinin icmalını nəşr edib

Bakı. 27 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının optimal həllinin tapılmasıyla bağlı səylər bütün mümkün alətlərlə, o cümlədən ən yüksək səviyyədə görüşlərlə davam etdirilib".

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2015-ci il üzrə xarici siyasət fəaliyyətinə dair hazırladığı icmalda bildirilib.

"Rusiya Federasiyası prezidentinin Yerevan (aprel) və Bakıya (iyun) səfərləri zamanı müvafiq təşəbbüslər ətraflı şəkildə müzakirə olunub. Xarici işlər nazirləri xəttiylə də intensiv dialoq davam etdirilib", - icmalda deyilir.

Sənəddə, həmçinin ATƏT-in Minsk qrupu ilə sıx əməkdaşlıq şəklində Azərbaycan və Ermənistan liderləri ilə 7 görüş keçirilib: "Rusiya, ABŞ və Fransa nümayəndə heyətləri rəhbərlərinin Belqradda keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında (dekabr) yaydığı birgə bəyanatda tərəflərin münaqişənin sülh yolu ilə həllinə sadiq qalacağını təsdiq etməsinə və mövcud təkliflər əsasında hərtərəfli həllin əldə olunması üzrə işlərin davam etdirilməsinə çağırış qeydə alınıb. İlin sonunda həmsdərlərin vasitəçiliyi ilə Berndə keçirilmiş Azərbaycan və Ermənistan liderlərinin görüşü tərəflərin danışıqlar prosesində ən problemli məsələləri üzrə mövqelərini dəqiqləşdirməyə yardım edib", - icmalda qeyd edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi