Yuxarı
    Bağlamaq

    Rusiya XİN: Hazırda məqsəd Qarabağdakı münaqişə zonasında növbəti dəfə qan tökülməsinin qarşısını almaqdır

    Mövcud sazişlər əsasında müharibə riskini azaltmaq üçün səyləri artırmağı olduqca əhəmiyyətli hesab edirik

    Bakı. 27 aprel. REPORT.AZ/ "Qarabağda baş verənlər bizim indi həmişəkindən daha çox təmkin göstərmək və sabitliyi bərpa etməklə bağlı tezisimizi təsdiq edir".

    "Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

    "Tərəflərin uzunmüddətli sülhün əldə olunmasına töhfə verəcək danışıqlar prosesini bərpa etməli olduğuna tam əminik. Mövcud sazişlər əsasında müharibə riskini azaltmaq üçün səyləri artırmağı olduqca əhəmiyyətli hesab edirik", - deyə M.Zaxarova bildirib.

    Rusiya XİN-in sözçüsü qeyd edib ki, hazırda əsas məqsəd Dağlıq Qarabağ münaqişəsi zonasında növbəti dəfə zorakılıq səviyyəsini yüksəlməsinin, qan tökülməsinin qarşısını almaq və danışıqlar prosesini bərpa edib sürətləndirəcək ab-havanın yaradılmasıdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi