Rusiya XİN Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artmasına münasibət bildirib

Rusiya XİN Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artmasına münasibət bildirib Rəsmi Moskva Azərbyacan və Ermənistanı danışıqları bərpa etməyə çağırıb
Qarabağ
14 Oktyabr , 2015 13:48
Rusiya XİN Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artmasına münasibət bildirib

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Moskva Dağlıq Qarabağ münaqişəsində tərəfləri güc tətbiqindən çəkinməyə və kompromisə nail olmaq üçün siyasi iradə göstərməyə çağırır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Təəssüflər olsun ki, münaqişə zonasında vəziyyətin gərginləşməsi, o cümlədən dinc sakinlər də daxil olmaqla qurbanların sayının çoxalması səbəbindən siyasi dialoqun bərpasında çətinlik yaranıb. Biz hesab edirik ki, gərginliyin artması, sadəcə yolverilməzdir", - deyə o, vurğulayıb. 

Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişənin həlli məsələsini xarici ölkələrdən olan həmkarları ilə davamlı olaraq müzakirə edir: "Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Sergey Lavrov ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüş keçirib. Həmin görüşdə münaqişənin tənzimlənməsi məsələsi müzakirə olunub".

Qeyd edək ki, oktyabrda ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə səfər edəcək. 

Son xəbərlər

Orphus sistemi