Rusiya XİN: Əlverişli atmosferin yaradılması Qarabağ münaqişəsi üzrə danışıqların irəli getməsinə imkan verir

Rusiya XİN: Əlverişli atmosferin yaradılması Qarabağ münaqişəsi üzrə danışıqların irəli getməsinə imkan verir Bakı. 15 iyun. REPORT.AZ/ Fikrimizcə, əlverişli atmosferin yaradılması Dağlıq Qarabağ münaqişənin nizamlanması üzrə danışıqlar prosesinin irəli getməsinə imkan verir.
Qarabağ
15 İyun , 2018 15:05
Rusiya XİN: Əlverişli atmosferin yaradılması Qarabağ münaqişəsi üzrə danışıqların irəli getməsinə imkan verir

Bakı. 15 iyun. REPORT.AZ/ "Fikrimizcə, əlverişli atmosferin yaradılması Dağlıq Qarabağ münaqişənin nizamlanması üzrə danışıqlar prosesinin irəli getməsinə imkan verir".

"Report"un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyunun 15-də keçirdiyi brifinqdə Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşınyanla görüşünün Dağlıq Qarabağ münaqişənin nizamlanması üzrə aparılan danışıqlar prosesinin fəallaşmasına təkan verib-verməyəcəyi barədə sualı şərh edərkən deyib.

Onun sözlərinə görə, müvafiq atmosferin yaradılması Dağlıq Qarabağ probleminin həlli üçün əsas zəmindir.

M.Zaxarova həmçinin qeyd edib ki, ikitərəfli və ya çoxtərəfli formatda iki ölkənin liderlərinin görüşü ilə "həlli üçün müvafiq formatın mövcud problemi" arasında fərq var.

Son xəbərlər

Orphus sistemi