Rusiya XİN: "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mümkün bütün üsullardan istifadə edirik"

Rusiya XİN: "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mümkün bütün üsullardan istifadə edirik" Rusiya Xarici İşlər Nazirliyi 2015-ci ilin yekunlarına dair hesabat yayıb
Qarabağ
29 Dekabr , 2015 16:55
Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mümkün bütün üsullardan istifadə edirik

Bakı. 29 dekabr. REPORT.AZ/ "Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik etmək üçün mümkün bütün üsullardan istifadə edir".

"Report"un məlumatına görə, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin 2015-ci ilin yekunlarına həsr edilən hesabatında bildirilib.

"Uyğun təşəbbüslər Rusiya prezidentinin Yerevana (apreldə) və Bakıya (iyunda) səfəri çərçivəsində müzakirə edilib, Ermənistan xarici işlər nazirinin apreldə, Azərbaycan xarici işlər nazirinin mayda Moskvada keçirdikləri görüşlərdə nəzərdən keçirilib", - deyə hesabatda bildirilib.

Sənəddə qeyd olunub ki, Belqradda (dekabr) ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin nümayəndə heyətləri münaqişənin dinc yolla həllinə sadiq qaldıqlarını və təkliflər əsasında problemin həlli istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər. 

Son xəbərlər

Orphus sistemi