Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi uzun müddətdir aparılır

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi uzun müddətdir aparılır Mariya Zaxarova: "Bütün komandaların ümumi nəticəyə, zorakılığa son qoymaq üçün oynaması vacibdir"
Qarabağ
14 İyul , 2016 17:33
Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi uzun müddətdir aparılır

Bakı. 14 iyul. REPORT.AZ/ "Sülh prosesinə istənilən konstruktiv töhfə işin xeyrinə olacaq. Hər şey bu töhfənin necə olacağından asılıdır".

"Report" xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyənin iştirakı və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya səfərini şərh edərkən deyib.

"Dialoqun konstruktiv keçməsini və hər iki tərəfə sülh gətirməsini istəyirəm. Bu, çox vacibdir. Danışıqlar prosesi uzun müddətdir aparılır. Müəyyən mərhələlərdə gözləntilər olub, ancaq sonradan itkilər yaşanır, gərginliyin yeni dövrü başlayıb. Bütün komandaların ümumi nəticəyə, daha dəqiq desək, zorakılığa son qoymaq üçün oynaması vacibdir", - deyə M.Zaxarova bildirib.

Son xəbərlər

Orphus sistemi