Yuxarı

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunun öz müzakirə formatı var

İndi əldə olunmuş müsbət məqamları ictimai ritorika zamanı heçə endirməmək vacibdir

Bakı. 28 iyun. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunun öz müzakirə formatı var".

"Report" bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Münaqişənin tarixini, həssaslığını nəzərə alaraq, daim bu mövzuda şərhlərin olmasını anlayırıq. Amma izah, polemika və ya məsələni ictimaiyyət arasında müzakirəyə çıxarmağın fərqi var. Bu, çətin məsələni həll etmək üçün müxtəlif mexanizmlər - sammitlər, ikitərəfli və çoxtərəfli formatda görüşlər və s. mövcuddur", - deyə M.Zaxarova bildirib.

Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda baş tutan son görüşünü şərh edən XİN sözçüsü görüşün uğurlu alındığını qeyd edib: "İndi əldə olunmuş müsbət məqamları ictimai ritorika zamanı heçə endirməmək vacibdir. Elə mövzular var ki, sakitlik tələb edir. Burada kimin güclü olduğunu göstərməsi önəmli deyil. Məsələnin həllinin konkret müstəviyə keçməsi vacibdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi