Rusiya XİN: "Dağlıq Qarabağ münaqişəsinin güc tətbiqi ilə həlli sonu olmayan yoldur"

Rusiya XİN: "Dağlıq Qarabağ münaqişəsinin güc tətbiqi ilə həlli sonu olmayan yoldur" Mariya Zaxarova: "Biz Dağlıq Qarabağ münaqişəsinin həllini sülh yolu ilə görürük"
Qarabağ
12 May , 2016 16:58
Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin güc tətbiqi ilə həlli sonu olmayan yoldur

Bakı. 12 may. REPORT.AZ/ "Biz Dağlıq Qarabağ münaqişəsinin həllini həm Bakının, həm də Yerevanın imzaladığı, artıq beynəlxalq səviyyədə tanınmış sənədlər əsasında sülh, siyasi-diplomatik yolla görürük".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

"Bu beynəlxalq platformada siyasi-diplomatik üsullarla müvafiq nizamlanmanı təmin etmək lazımdır. Bunun elə bu cür olacağına ümidvarıq. Çünki münaqişənin silah yolu ilə həlli yoxdir. Bu, sonu olmayan yoldur", - deyə XİN nümayəndəsi bildirib.

Son xəbərlər

Orphus sistemi