Yuxarı
    Bağlamaq

    Rusiya XİN: "Dağlıq Qarabağ münaqişəsi bizim üçün prioritet olaraq qalır"

    Mariya Zaxarova: Ona görə də müxtəlif formalarda əlaqələr davam etdiriləcək

    Bakı. 27 yanvar. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsi Rusiyanın xarici siyasəti üçün prioritet olaraq qalır.

    "Report" xəbər verir ki, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

    Jurnalistlərin yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda Rusiya xarici işlər naziri Sergey Lavrovun planlaşdırılmış hansısa görüşünün olub-olmaması barədə sualını cavablandırarkən M.Zaxarova belə görüşlərin əlbəttə ki, baş tutacağını, lakin hələlik onların qrafikinin bəlli olmadığını qeyd edib.

    "Dağlıq Qarabağ münaqişəsi bizim üçün prioritet olaraq qalır. Ona görə də müxtəlif formalarda əlaqələr davam etdiriləcək" - M.Zaxarova vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi