Rusiya XİN başçısının müavini və BMT nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər

Rusiya XİN başçısının müavini və BMT nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Moskvada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və BMT-nin Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinin həmsədri vəzifəsini icra edən Levent Bilman Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.
Qarabağ
23 Yanvar , 2018 14:29
Rusiya XİN başçısının müavini və BMT nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər
AFP/ FABRICE COFFRINI

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Moskvada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və BMT-nin Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinin həmsədri vəzifəsini icra edən Levent Bilman Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.

"Report" Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət zamanı tərəflər münaqişənin həlli problemlərinə toxunub, o cümlədən Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə müzakirələrinə xüsusi diqqət ayırıblar.

"L.Bilman həmçinin Rusiya XİN-in müvafiq departamentlərində qəbul edilib, onunla Ukraynanın şərqindəki vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli, eləcə də BMT-nin münaqişələrin qarşısının alınmasında rolunun vurğulanması ilə ümumi sülh və təhlükəsizlik məsələləri müzakirə edilib", - nazirliyin məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi