Yuxarı

Rusiya XİN başçısını Yerevanda etiraz aksiyası ilə qarşılayacaqlar

Aksiya iştirakçıları Rusiyadan Qarabağdan əlini çəkməsini tələb edəcəklər

Bakı. 20 aprel. REPORT.AZ/ Ermənistana səfər etməyə hazırlaşan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu Yerevanda etiraz aksiyası ilə qarşılayacaqlar.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, aprelin 21-də Yerevanda "Ləyaqət yürüşü" adlı aksiya keçiriləcək. Yürüş Respublika meydanından başlayıb Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısında başa çatacaq. Aksiya iştirakçıları Rusiyadan "Qarabağdan əlini" çəkməsini tələb edəcəklər.

Qeyd edək ki, Rusiyanın XİN başçısı S.Lavrov aprelin 21-22-də Yerevanda səfərdə olacaq. Onun Azərbaycanın işğal altında olan torpaqlarındakı vəziyyəti, münaqişənin tənzimlənməsi yollarını müzakirə edəcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi