Yuxarı
    Bağlamaq

    Rusiya XİN başçısı Parisdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

    Səfər Fransanın xarici işlər naziri Jan-Mark Eyronun dəvəti əsasında iyunun 29-da baş tutacaq

    Bakı. 23 iyun. REPORT.AZ/ Rusiya xarici işlər naziri Sergey Lavrovun Parisə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

    "Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.

    Onun sözlərinə görə, səfər Fransanın xarici işlər naziri Jan-Mark Eyronun dəvəti əsasında iyunun 29-da baş tutacaq.

    Qarabağ problemindən başqa, Ukrayna və Suriyadakı vəziyyət də müzakirə olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi