Rusiya XİN başçısı Parisdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Rusiya XİN başçısı Parisdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək Səfər Fransanın xarici işlər naziri Jan-Mark Eyronun dəvəti əsasında iyunun 29-da baş tutacaq
Qarabağ
23 İyun , 2016 16:56
Rusiya XİN başçısı Parisdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Bakı. 23 iyun. REPORT.AZ/ Rusiya xarici işlər naziri Sergey Lavrovun Parisə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, səfər Fransanın xarici işlər naziri Jan-Mark Eyronun dəvəti əsasında iyunun 29-da baş tutacaq.

Qarabağ problemindən başqa, Ukrayna və Suriyadakı vəziyyət də müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi