Yuxarı
    Bağlamaq

    Rusiya XİN başçısı: "MDB məkanında bütün münaqişələr yalnız sülh yolu ilə həll olunmalıdır"

    Sergey Lavrov: Tərəflər əldə olunmuş razılaşmalara hörmətlə yanaşmalıdırlar

    Bakı. 15 iyun. REPORT.AZ/ "MDB məkanında bütün münaqişələr yalnız sülh, siyasi-diplomatik və ya digər qeyri-hərbi yolla həll olunmalıdır". 

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dumadakı çıxışında bildirib. 

    Nazir deyib ki, bu, həmçinin Ukraynadakı böhrana, Dnestryanı problemə və Dağlıq Qarabağ münaqişəsinə aiddir: "Ən əsası tərəflər əldə olunan razılaşmalara hörmətlə yanaşmalı və onlara yenidən baxılmasına imkan verməməlidirlər". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi