Yuxarı

​Rusiya XİN başçısı: "Dağlıq Qarabağda gərginliyin yaranmasında heç bir xarici qüvvəni qınamırıq"

Sergey Lavrov: ATƏT-in Minsk Qrupu formatının dəyişdirilməsi məqsədəuyğun deyil

Bakı. 4 aprel. REPORT.AZ/ Dağlıq Qarabağda gərginliyin yaranmasında Rusiya Ankara da daxil olmaqla heç bir xarici qüvvəni qınamır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz. ATƏT-in Minsk Qrupu formatının dəyişdirilməsi məqsədəuyğun deyil. Bu münaqişənin tənzimlənməsi üçün ən uyğun mexanizmdir", - deyə Sergey Lavrov söyləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi