Rusiya XİN başçısı: "Dağlıq Qarabağda ATƏT-in müşahidə missiyasının genişləndirilməsi üzrə parametrlər razılaşdırılır"

Rusiya XİN başçısı: "Dağlıq Qarabağda ATƏT-in müşahidə missiyasının genişləndirilməsi üzrə parametrlər razılaşdırılır" Bakı. 8 dekabr. REPORT.AZ/ Dağlıq Qarabağda müşahidə missiyasının genişləndirilməsi üzrə tərəflər arasındakı prinsipial razılaşma artıq ATƏT-ə verilib.
Qarabağ
8 Dekabr , 2017 15:28
Rusiya XİN başçısı: Dağlıq Qarabağda ATƏT-in müşahidə missiyasının genişləndirilməsi üzrə parametrlər razılaşdırılır

Bakı. 8 dekabr. REPORT.AZ/ "Dağlıq Qarabağda müşahidə missiyasının genişləndirilməsi üzrə tərəflər arasındakı prinsipial razılaşma artıq ATƏT-ə verilib".

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının plenar iclasının yekununda keçirilən mətbuat konfransında deyib.

"Dağlıq Qarabağda təmas xəttində ATƏT-in müşahidəçi missiyasının genişləndirilməsi mövzusu 2016-cı ildə ABŞ və Fransa nazirlərinin, həmçinin mənim iştirakım ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündə, daha sonra isə həmin ilin iyununda Sankt-Peterburqda prezident Putinin iştirakı ilə müzakirə edilib", - deyə S.Lavrov bildirib.

Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağda müşahidə missiyasının genişləndirilməsi üzrə parametrləri razılaşdırır.

Son xəbərlər

Orphus sistemi