Yuxarı
    Bağlamaq

    Rusiya XİN başçısı: "Biz və ATƏT Qarabağ münaqişəsinin həllinə töhfə verməyə davam edəcəyik"

    Rusiya və ATƏT icra strukturlarının və sahə missiyalarının daha da inkişaf etdirilməsini dəstəkləyib
    © Report/ Firi Salim — Rusiyanın xarici işlər naziri Sergey Lavrov

    Bakı. 1 fevral. REPORT.AZ/ "ATƏT Cənubi Qafqazda təhlükəsizlik üzrə Cenevrə müzakirələrində sədrliyi həyata keçirməyə davam edəcək".

    "Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano ilə görüşünün yekununda keçirdiyi brifinqdə deyib.

    "Ümumi səylərimizlə ATƏT Dnestryanıda, Dağlıq Qarabağda münaqişələrin aradan qaldırılmasına töhfə verməyə davam edəcək, eləcə də Balkanlarda fəaliyyətini davam etdirəcək", - S.Lavrov əlavə edib.

    Onun sözlərinə görə, Rusiya terrorizmə, narkotrafik, kiber təhdidlərə, inteqrasiya proseslərinin əlaqələndirilməsi, ənənəvi dəyərlərin, milli azlıqların hüquqlarının qorunması, antisemitizm, xristianofobiya, islamofobiya ilə mübarizə kimi ATƏT üçün əsas sahələrdə strukturun sədrliyi ilə sıx əməkdaşlıqda maraqlıdır.

    O bildirib ki, tərəflər cari il üçün fəaliyyət planına nəzər yetirib, icra strukturlarının və sahə missiyalarının daha da inkişaf etdirilməsini dəstəkləyiblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi