Yuxarı
    Bağlamaq

    Rusiya XİN başçısı Bakı və Yerevana qarşıdakı səfərlərini şərh edib

    Səfər zamanı Qarabağ münaqişəsinin nizamlanması üzrə səylər çərçivəsində vəziyyət nəzərdən keçiriləcək

    Bakı. 14 noyabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov gələn həftənin əvvəlində Bakı və Yerevana səfər etməyi planlaşdırır.

    "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə nazirin özü mətbuat konfransında bildirib.

    "Gələn həftənin əvvəlində Yerevan və Bakıya səfərlərim planlaşdırılır. Bu səfərlər, ilk növbədə, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunub", - S.Lavrov deyib.

    Onun sözlərinə görə, səfər zamanı regional və beynəlxalq problemlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində vəziyyət müzakirə olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi