Yuxarı
    Bağlamaq

    Rusiya XİN başçısı Azərbaycan və Ermənistan prezidentlərinin Vyanadakı görüşündə iştirak edəcək

    Mariya Zaxarova: Görüşdə qoşunların təmas xəttində risklərin azaldılması tədbirləri müzakirə olunacaq

    Bakı. 12 may. REPORT.AZ/ Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın mayın 16-da Vyanada keçiriləcəyi gözlənilən görüşündə iştirak etmək niyyətindədir.

    "Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

    Onun sözlərinə görə, görüşdə qoşunların təmas xəttində risklərin azaldılması tədbirləri müzakirə olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi