Rusiya XİN başçısı Azərbaycan və Ermənistan prezidentlərinin Vyanadakı görüşündə iştirak edəcək

Rusiya XİN başçısı Azərbaycan və Ermənistan prezidentlərinin Vyanadakı görüşündə iştirak edəcək Mariya Zaxarova: "Görüşdə qoşunların təmas xəttində risklərin azaldılması tədbirləri müzakirə olunacaq"
Qarabağ
12 May , 2016 15:43
Rusiya XİN başçısı Azərbaycan və Ermənistan prezidentlərinin Vyanadakı görüşündə iştirak edəcək

Bakı. 12 may. REPORT.AZ/ Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın mayın 16-da Vyanada keçiriləcəyi gözlənilən görüşündə iştirak etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, görüşdə qoşunların təmas xəttində risklərin azaldılması tədbirləri müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi