Rusiya XİN başçısı: "Azərbaycan ərazilərinin işğaldan azad edilməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planına daxildir"

Rusiya XİN başçısı: "Azərbaycan ərazilərinin işğaldan azad edilməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planına daxildir" "Bu sənədlərdə tərəflərin heç birində heç vaxt şübhə doğurmayan bır sıra bəndlər var"
Qarabağ
20 Noyabr , 2017 14:07
Rusiya XİN başçısı: Azərbaycan ərazilərinin işğaldan azad edilməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planına daxildir
Report/ Elshan Baba

Bakı. 20 noyabr. REPORT.AZ/ "BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi ATƏT-in Minsk qrupunun münaqişə tərəfləri ilə müzakirə etdiyi sənədlərə daxildir".

Bunu "Report"un sualını cavablandıran Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını aradan qaldırmaq üçün nə edə biləcəyi ilə bağlı məsələni şərh edərkən Bakıda keçirilən brifinqdə deyib.

"BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi - bütün bunlar dediyim, 2007-ci ildən bəri ATƏT-də yığılan sənədlərə daxildir", - S.Lavrov bildirib.

Onun sözlərinə görə, bu sənədlərdə tərəflərin heç birində heç vaxt şübhə doğurmayan, eyni zamanda, əlavə səylər tələb edən bır sıra bəndlər var.

"BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsas tələbi olan atəşkəsin elan edilməsinin ardından ATƏT-in Minsk qrupunun yaradıldı. Azərbaycan torpaqlarının azad edilməsi, Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi ilə bağlı bütün məsələlər danışıqlar yolu ilə həll edilməli olan vəzifə kimi qarşıya məqsəd qoyulub. Biz də məhz bu işlərlə məşğul oluruq", - rusiyalı nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi