Rusiya XİN başçısı ATƏT-in baş katibi ilə Qarabağ münaqişəsini müzakirə edəcək

Rusiya XİN başçısı ATƏT-in baş katibi ilə Qarabağ münaqişəsini müzakirə edəcək Bakı. 29 mart. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 5-də ATƏT-in baş katibi Tomas Qreminqerlə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək.
Qarabağ
29 Mart , 2018 16:14
Rusiya XİN başçısı ATƏT-in baş katibi ilə Qarabağ münaqişəsini müzakirə edəcək

Bakı. 29 mart. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 5-də ATƏT-in baş katibi Tomas Qreminqerlə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək.

"Report"un məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

"ATƏT-in baş katibi Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi VII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Moskvada olacaq", - o deyib.

M.Zaxarovanın sözlərinə görə, S.Lavrovla T.Qreminqer Donbass, Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin həllində ATƏT-in rolunu və digər məsələləri müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi