Yuxarı
    Bağlamaq

    Rusiya XİN Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü şərh edib

    Mariya Zaxarova: Münaqişənin nizamlanmasında irəliləyiş baş verməyib

    Bakı. 24 dekabr. REPORT.AZ/ "Rəsmi Moskva bu hadisəyə ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasını davam etdirəcəyi və Rusiya tərəfi əvvəlki kimi həmsədrlərin yanaşmaları əsasında kompromis əldə olunması üçün tərəflərə fərdi qaydada yardım edəcəyi prizmasından yanaşır".

    "Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan prezidentləri arasında dekabrın 19-da Berndə baş tutan görüşü şərh edərkən bildirib.

    "Dekabrın 19-da Berndə daha əvvəl əldə olunan razılaşmalara uyğun olaraq prezidentlərin görüş keçirilib. Amma münaqişənin nizamlanmasında irəliləyiş baş verməyib. Danışıqların Minsk qrupu formatında davam etdiriləcəyi təsdiqlənib. Rusiya münaqişənin yalnız sülh yolu ilə həlli üçün siyasi dialoqun inkişafına müsbət yanaşır", - deyə M.Zaxarova qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi