Yuxarı

Rusiya XİN: Azərbaycan və Ermənistan liderlərinin Soçidəki görüşü münaqişə zonasında gərginliyi xeyli azaltmağa imkan verib

Rusiya Xarici İşlər Nazirliyi 2014-cü ildə əsas xarici siyasi hadisələr haqqında danışıb

Bakı. 29 dekabr. REPORT.AZ/ "Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi çərçivəsində vasitəçilik işinin mühüm mərhələsi RF prezidentinin avqustun 9-da Soçidə təşkil etdiyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Həmin görüş münaqişə zonasında gərginliyi xeyli azaltmağa və tərəflərin mövqelərini dəqiqləşdirməyə imkan verib". "Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) 2014-cü ildə əsas xarici siyasi hadisələrə dair bəyanatında deyilir. 

Sənəddə qeyd olunub ki, 2014-cü ildə Rusiya XİN "MDB məkanında münaqişələrin həlli üzrə məqsədyönlü addımlar atıb", ATƏT-in Minsk qrupunun həmsədrlər "üçlüyündə" fəal işlər aparılıb. İl ərzində vasitəçilər Azərbaycan və Ermənistan rəhbərliyi ilə 5 görüş keçirib, iki ölkənin xarici işlər nazirləri ilə bir sıra məsləhətləşmələr aparıb. 

Ümumilikdə RF XİN qeyd edir ki, bu il "beynəlxalq münasibətlərdə qeyri-sabitliyin artması və münaqişə hallarının çoxalması" ilə yadda qalıb. XİN əsas hadisələr sırasında Ukraynadakı böhranı, ABŞ tərəfindən sanksiya təzyiqinin artırılmasını göstərib.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi